EN

Qocalar evi, yoxsa həbsxana? - Yaponiyalı yaşlılar niyə ikincini seçirlər?

Əhalisinin uzunömürlü olması ilə seçilən Yaponiyada məhbusların 13 faizi yaşlılardır. Statistikaya əsasən, onların əksəriyyəti məhz həbxanaya düşmək üçün xırda cinayətlər törədirlər.

Publika.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məqalə dərc edib.

Qeyd olunub ki, Yaponiyada 65 yaşdan yuxarı məhbusların böyük hissəsi başlarının üstündə dam örtüyü və bir müddət isti yemək əldə etmək üçün xırda cinayətlər törədən şəxslərdir.

Yaponiya hökuməti tərəfindən 2024-cü ildə dərc edilmiş hesabata əsasən, xırda mağazalardan edilən oğurluqların 71 faizi yaşlı qadınlar, 39 faizi isə yaşlı kişilər tərəfindən törədilib.

Hətta bu sayın getdikcə daha çox artması Yaponiyadakı həbsxanaları tədricən sözügedən yaş qrupu üçün müəssisələrə çevirib. Bəzi ekspertlər yaşlı məhbuslara qulluq etməyin yüksək xərcini qeyd edərək, həbsxanaların qocalar evinə çevrilməsinin ciddi problem yaratadığını bildirirlər.

Chosen
22
publika.az

1Sources