EN

Restoran müştərinin şəklini çəkib sosial mediada paylaşa bilərmi?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Geniş vüsət almasa da, bəzi hallarda bu cür problemlərlə də qarşılaşmaq olur. 

Adətən, küçə çəkilişlərində olsa da, ictimai iaşə obyektlərində olan çəkilişlərdə başqa insanların simasının düşməyi narazılıq yaradır. 

Bu, məqsədli olmasa da, məsuliyyətdən azad etmir. 

Maraqlıdır, restoran müştərinin şəklini çəkib sosial mediada paylaşa bilərmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfər danışıb.

O bildirib ki, bu məsələ şəxsi həyatın toxunulmazlığıdır.

“Şəxsi həyatın toxunulmazlığı hüququ əsas prinsipdir. Hər bir şəxsin görüntüsü onun şəxsi məlumatı hesab olunur. Bu isə o deməkdir ki, şəxsin razılığı olmadan onun fotosunun paylaşılması hüquq pozuntusu sayılır. Xüsusilə reklam məqsədilə istifadə edilərsə, hüquqi məsuliyyət daha da ağırlaşır”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
icma.az

1Sources