Gəncədə evin həyətində meyit qalıqları tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Həmin ərazidə yerləşən evlərin birinin həyətində aşkarlanan qalıqların 2020-ci ildə qətlə yetirilən 1956-cı il təvəllüdlü Ə.Mahmudova aid olduğu ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA