EN

“Bir saatda məhv edərəm”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanat verərək ölkəni “bir saat içində məhv edə biləcəklərini” deyib.

VAXT.AZ xəbər verir ki, Tramp ABŞ-nin İranın enerji infrastrukturunu tam nəzarətə götürə biləcəyini bildirib və hərbi müdaxilənin nəticələrinin çox sürətli olacağını vurğulayıb. Bəyanat “Fox News” kanalına müsahibə zamanı səsləndirilib.

Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına giriş-çıxışların nəzarət altına alındığını açıqlayıb. Bildirilib ki, dünəndən etibarən İran limanlarına daxil olan və çıxan bütün gəmilər ABŞ qüvvələri tərəfindən yoxlanılır.

Qərara əsasən, Hörmüz boğazı vasitəsilə İran xaricinə hərəkət edən ticarət gəmilərinin keçidi davam edəcək, lakin İran limanlarına yönələn bütün axınlar nəzarət altına alınacaq.

Tramp həmçinin bildirib ki, ABŞ qüvvələrinə atəş açılacağı halda sərt cavab veriləcək. Boğazda təhlükəsiz hərəkəti təmin etmək üçün minaların təmizlənməsi əmri verilib.

Məlumata görə, İranla danışıqların mərkəzində uranın zənginləşdirilməsinin dayandırılması və nüvə obyektlərinin ləğvi tələbi dayanırdı. Lakin Tehran bu şərtləri qəbul etməyib.

ABŞ rəsmiləri həmçinin regionda fəaliyyət göstərən bəzi qruplara maliyyə dəstəyinin dayandırılması məsələsində də razılıq əldə olunmadığını bildirir.

Chosen
5
vaxt.az

1Sources