Hər ay gələn işıq puluna baxıb təəccüblənirsinizsə, bunun səbəbi çox vaxt gözə görünməyən enerji sərfiyyatıdır.
Milli.Az xəbər verir ki, evdə istifadə etdiyimiz bəzi texnikalar söndürülmüş kimi görünsə də, əslində enerji çəkməyə davam edir. Xüsusilə oyun konsolları, noutbuklar və böyük ekranlı televizorlar bu siyahıda ön sıralardadır.
Mətbəxdəki mikrodalğalı sobanın üzərindəki saat belə, gün boyu işləyərək enerji istifadəsinə səbəb olur. Bundan əlavə, telefon adapterlərinin tokda qalması da az miqdarda olsa belə davamlı enerji itkisinə gətirib çıxarır.
İnternet modemləri, səs sistemləri və printerlər də eyni şəkildə gizli şəkildə enerji istifadə edən cihazlar sırasındadır və ümumi xərcləri artırır.
Mütəxəssislər bu problemin sadə həll yolunu da göstərirlər: cihazları yalnız pultla söndürmək kifayət deyil, onları tamamilə elektrik şəbəkəsindən ayırmaq lazımdır.
Kiçik görünən bu vərdişlər uzun müddətdə elektrik xərclərinə ciddi qənaət etməyə kömək edə bilər.
Fidan
Milli.Az