EN

Gürcüstan Baş naziri Madyarı təbrik etdi

BAKI, 13 aprel. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Macarıstan parlament seçkilərində qələbə qazanması münasibətilə Peter Madyar və partiyasını təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri Administrasiyası məlumat yayıb.

2Gürcüstan xalqı və hökuməti adından Peter Madyar və partiyasını Macarıstan parlament seçkilərindəki qələbə münasibətilə təbrik edirəm. Viktor Orban və komandasına illər ərzində Gürcüstanın milli maraqlarına və xalqına göstərdikləri möhtəşəm və sarsılmaz dəstəyə görə təşəkkür edirəm. Gürcüstan və Macarıstanı uzun dostluq və tərəfdaşlıq tarixi birləşdirir, bu, davam edəcək”, - o bildirib.

Chosen
22
1
teleqraf.com

2Sources