Futbol üzrə Amerika çempionatının növbəti turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryü” səfərdə “Orlando Siti” ilə üz-üzə gəlib. Görüş heç-heçə sona çatıb – 1:1.
Axundzadə matçda iştirak etməyib. O, sona qədər ehtiyat skamyasında oturub.
“Kolumbus Kryü” MLS-də 6 xalla 7-ci sırada qərarlaşıb.