EN

ABŞ ordusu bu gün İran limanlarını blokadaya almağa başlayacaq

ABŞ ordusu İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının bağlanacağı barədə açıqlama verib.

Missiya.Az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı blokadanın İran limanlarına, Ərəbistan körfəzi və Oman körfəzindəki sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı tətbiq olunacağını bildirib.

Məlumata görə, blokada bu gün Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minəcək.

Komandanlıq əlavə edib ki, İrandan kənar limanlara gedən və ya gələn gəmilərin Hörmüz boğazından keçməsinə mane olmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını mühasirəyə alacağını, giriş və çıxışa çalışan bütün gəmilərin keçidini bloklayacağını bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
24
33
missiya.az

10Sources