EN

Türkiyədə güclü zəlzələ OLDU

Türkiyənin Antalya vilayətinə bağlı Demre şəhərində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, məlumata görə, yeraltı təkan yerli vaxtla saat 08:48-də baş verib. Zəlzələnin gücü 4,7 bal olaraq ölçülüb.

Bildirilir ki, zəlzələ 16 kilometr dərinlikdə baş verib və Antalya ilə yanaşı ətraf əyalətlərdə də hiss olunub.

Hazırda hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Fidan
Milli.Az

Chosen
11
milli.az

1Sources