EN

Altı il əvvəl meyiti tapılmış 70 yaşlı kişinin qətlə yetirildiyi məlum olub

GƏNCƏ, 13 aprel. TELEQRAF

Gəncədə 6 il əvvəl meyiti tapılmış 70 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1956-cı il təvəllüdlü Əli Mahmudovun meyiti 2020-ci ildə yaşadığı evdə aşkar edilmişdi.

Prokurorluq və polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı mərhumun qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Chosen
20
4
teleqraf.com

5Sources