EN

Tramp: "İranın danışıqlara qayıdıb-qayıtmayacağı məni narahat etmir"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Tehranın yenidən danışıqlara başlayıb-başlamayacağının onun üçün narahatlıq doğurmadığını vurğulayıb.

Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.

"Onların (danışıqlar masasına) qayıdıb-qayıtmayacağı mənim üçün fərq etmir. Qayıtmasalar belə, bu məni qane edəcək", - deyə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi hava bazasında eniş etdikdən sonra jurnalistlərə bildirib. Dövlət başçısı bu sözləri İranın ABŞ ilə silahlı münaqişənin həlli üzrə danışıqları nə vaxt bərpa etməyə razılaşacağı barədə sualı cavablandırarkən deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, hazırda İran çox pis və ümidsiz vəziyyətdədir.

Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində razılığa gələ bilməyiblər. Gözlənilən yeni danışıqlar raundunun detalları isə hələlik məlum deyil.

"Cebheinfo.az"

Chosen
35
50
cebheinfo.az

10Sources