EN

Mask CAR-ı irqçilikdə qınadı

Yazını böyüt
Yazını kiçilt

Amerikalı sahibkar İlon Mask bildirib ki, Cənubi Afrika Respublikası (CAR) "Starlink" sisteminə ölkədə fəaliyyət göstərmək üçün lisenziya vermir.

Hafta.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Cənubi Afrika "Starlink"ə lisenziya verməyəcək, hərçənd, mən orada doğulmuşam. Sadəcə ona görə ki, mən qaradərili deyiləm... Bizə dəfələrlə təklif ediblər ki, guya filiala qaradərili rəhbərlik etdiyini göstərib lisenziya alaq, lakin mən prinsipial olaraq bundan imtina etdim", - deyə Mask bildirib.

O, CAR hakimiyyətini "açıq-aşkar irqçi" adlandırıb və yerli siyasətçiləri diskriminasiyada ittiham edib.

Qeyd olunub ki, Mask iki ildən artıqdır "Starlink" üçün CAR-da lisenziya almağa çalışır. Ölkə hakimiyyəti isə şirkətin yerli filialında səhmlərin bir hissəsinin əvvəllər ayrı-seçkiliyə məruz qalmış əhali qruplarına verilməsini tələb edir. Mask bu tələbləri rədd edib.

Chosen
19
hafta.az

1Sources