EN

"Arka Sokaklar"ın aktyoru barədə saxlanılma qərarı qəbul edilib

Narkotik əməliyyatı çərçivəsində məşhur aktyor İlker İnanoğlu haqqında saxlanılma qərarı qəbul edilib.

Far.Az xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq zamanı aktyorun hazırda ölkə xaricində olduğu müəyyən edilib.

"Arka Sokaklar" serialında canlandırdığı "Engin müdür" obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan İnanoğlunun adının bu siyahıda yer alması ictimaiyyətdə təəccüb və müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Chosen
3
1
far.az

2Sources