EN

İsrailİranla yeni münaqişəyə HAZIRLAŞIR

Ajans.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ölkənin aparıcı televiziya kanalları da İMQ-nin İranla mümkün yeni münaqişəyə hazırlaşdığı barədə xəbərlər yayıb. Məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar Yaxın Şərqdə gərginliyin hərtərəfli həlli ilə bağlı razılıq əldə olunmadan başa çatıb. Danışıqların nəticəsiz qalmasından qısa müddət sonra İsrail tərəfinin hərbi hazırlıq səviyyəsini artırdığı qeyd olunur.

Hazırda rəsmi qurumlar vəziyyətlə bağlı əlavə şərh verməsə də, regionda gərginliyin artdığı müşahidə olunur.

Chosen
9
Ajans.az

1Sources