EN

Cənubi Koreyada restoranda baş verən partlayışda 15 nəfər xəsarət alıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 13 aprel, AZƏRTAC

Cənubi Koreyanın Çonqcu şəhərindəki restoranda qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 4 radələrində üçmərtəbəli kommersiya binasının birinci mərtəbəsində baş verib. Partlayış nəticəsində yaxınlıqdakı evlərin 8 sakini şüşə qırıntılarının yaratdığı kəsiklərlə xəstəxanalara yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb.

Partlayış yaxınlıqdakı avtomobillərə də ziyan vurub, sakinlər təxliyə edilib.

Səlahiyyətli qurumlar hadisənin səbəblərini və zərərin miqyasını araşdırır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
2
azertag.az

3Sources