EN

Bakıda 62 yaşlı kişi əmlaka görə qonşu qadına maşa ilə xəsarət yetirdi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Faiq Malikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona bəraət verilib.

 

İttiham aktına görə, hadisələrdən birincisi 28 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində paytaxtın Nərimanov rayonu əraziisndə yerləşən fərdi yaşayış evinin həyətində baş verib.

 

Belə ki, 1964-cü il təvəllüdlü Faiq Malikov qonşusu, zərərçəkmiş Aliyə Məmmədova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlərin pozulması zəminində – onların şərikli şəkildə inşa etdikləri və zərərçəkmişin faktiki yaşadığı fərdi yaşayış evinə dair əmlak mübahisəsi səbəbindən yaranmış münaqişə zamanı zor tətbiq edib.

 

İttihama görə, təqsirləndirilən şəxs əlində olan küt əşya (maşa) ilə qadına bir neçə dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs sol bazu oynağının ön səthi, sol bazunun orta üçdə birinin bayır səthi, sol budun orta üçdə birinin iç səthi və sol baldırın aşağı üçdə birinin iç səthində qançır xəsarətləri alıb.

 

Bununla kifayətlənməyən Faiq eyni əşya ilə zərərçəkmişin sol təpə nahiyəsinə bir dəfə də zərbə endirərək ona əzilmiş yara xəsarəti yetirib. Bu xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

 

İttihamda qeyd olunur ki, Faiq analoji hərəkətləri təkrarən 16 sentyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində eyni ünvanda törədib. Bu dəfə də tərəflər arasında eyni əmlak mübahisəsi zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs əlində olan maşa ilə Aliyənin baş nahiyəsinə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, sağ gicgah-təpə nahiyəsində əzilmiş-cırılmış yara, boyun nahiyəsində sıyrıqlar, sağ və sol saiddə, eləcə də sağ budda qançır xəsarətləri alıb.

 

Beləliklə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.

 

Məhkəmə iclasında dindirilən Faiq Malikov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Kamal Məmmədov

Tarix: 13 Aprel 2026, 09:17   
Chosen
13
pravda.az

1Sources