EN

"Tisa" partiyası Macarıstan parlamentində çoxluq qazanıb

Bakı. Trend:

Müxalifətdəki "Tisa" partiyası Macarıstanda parlamentseçkilərində qalib gələrək Milli Assambleyadakı (birpalatalıparlament) 199 yerdən 138-ni qazanıb.

Trend-in məlumatına görə, bu barədə Milli Seçki Bürosu xəbərverib.

Məlumata əsasən, partiya növbəti dörd il ərzində ölkənin ənyüksək qanunvericilik orqanında konstitusiya çoxluğuna sahibolacaq.

"Tisa" lideri Avropa Parlamentinin üzvü Peter Madyar may ayınınəvvəlində keçiriləcək ilk parlament sessiyasında baş nazirseçiləcək. Dəqiq tarixi Macarıstan Prezidenti Tamaş Şuyok təyinedəcək. Madyar hökumət başçısı vəzifəsində sağçı mühafizəkar "FİDES- Macarıstan Vətəndaş Birliyi" partiyasının rəhbəri Viktor Orbanınyerinə gələcək.

Chosen
30
az.trend.az

1Sources