Bakı. Trend:
Haiti Milli Polisi Karib ölkənin şimalındakı qədim Laferyerqalası yaxınlığında baş verən izdihamda 25 nəfərin öldüyünübildirib.
Trend-in məlumatına görə, bu barədə Haiti polisi xəbərverib.
Məlumata əsasən, hadisə nəticəsində daha 30 nəfər yaralanıb, 12nəfər hadisə yerində ölüb, daha 13 nəfər isə aldığı xəsarətlərdənxəstəxanada ölüb.
Xilasetmə əməliyyatı bazar günü UNESCO-nun Dünya İrsi Siyahısınadaxil edilmiş və Karib dənizindəki ən böyük tarixi abidələrdən birihesab edilən qalanın divarları yaxınlığında davam edir.