EN

Lamiyə Xəlilova Türkiyədə logistika və xidmət ixracı məsələlərini müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası nın Komitə rəhbəri Lamiyə Xəlilova Türkiyə səfəri çərçivəsində Hizmet İhracatçıları Birliği Genel Sekreteri sayın Dr.Fatih Ozer ilə görüşmüşdür.

TurkicWorld xəbər verir ki,məlumat üçün bildirək ki, T.C. Ticaret Bakanlığı tərəfindən 18.02.2021 tarixində yaradılmış və T.C. Ticaret Bakanlığı yanında fəaliyyət göstərən Hizmet İhracatçıları Birliği Genel Sekreterliği mövcud komitələri ilə birgə xidmət ixracı strategiyasının formalaşdırılması, sahəvi məsələlərin müəyyən edilməsi ilə bu məsələlərin həlli ilə bağlı təkliflər paketinin təqdim edilməsi və s. bu kimi istiqamətlərdə fəaliyyət göstərməkdədir.

"Liman idarəetməsi", "Sərnişindaşıma Xidmətləri" və "Yükdaşıma Logistika Xidmətləri" alt komitələri də daxil olmaqla 10 dan çox ixtisaslaşmış alt komitəsi fəaliyyət göstərən HİB lə AGTL arasında əməkdaşlıq perspektivləri və gələcək birgə fəaliyyət imkanları müzakirə olundu.
Həmçinin, 1-3 İyun tarixlərində keçiriləcək Translogistika sərgisinə dəvət olunan HİB nümayəndələrinin Bakıya səfəri müzakirə edildi.

Chosen
21
turkic.world

1Sources