BAKI, 12 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon danışığı apararaq ABŞ və İran arasında keçirilən danışıqları müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığı 12 apreldə baş tutub və əsas müzakirə mövzusu ABŞ və İran nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar olub.
Qeyd olunur ki, tərəflər görüşün nəticələri və regiondakı gərgin vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.