EN

“Napoli”dən xal itkisi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 32-ci turunda “Parma” ilə “Napoli” arasında keçirilən qarşılaşma heç-heçə başa çatıb – 1:1.

90deqiqe.Az-ın məlumatına görə, oyun Parmadakı “Ennio Tardini” stadionunda oynanılıb. Görüşü baş hakim Marko Di Bello idarə edib.

Matçda hesab erkən açılıb. Ev sahibindən Qabriel Strefezza görüşün 1-ci dəqiqəsində fərqlənib. İkinci hissədə isə 60-cı dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Skott MakTominey hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Parma” 36 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Napoli” isə 66 xalla ikinci yerdədir.

Chosen
23
90deqiqe.az

1Sources