Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-nin hərəkətlərindən ciddi şəkildə narahatdırlar və öz müdafiə ittifaqlarını yaratmaq üçün çalışacaqlar".
Bakıvaxtı.az xəəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Kremlin sözçüsü qeyd edib: "Avropa dövlətlərinin Vaşinqtonun hərəkətlərindən ciddi şəkildə qorxduğunu və artıq Aİ-nin sütunlarından birini - ortaq müdafiə və təhlükəsizlik siyasətini gücləndirmək qərarına gəldiyini görürük. Bu təməl daha da gücləndiriləcək və inkişaf etdiriləcək, onlar özlərinə məxsus bir növ müdafiə ittifaqı yaratmaq üçün çalışacaqlar".
Peskov əlavə edib: "Bunun NATO ilə uyğun olub-olmayacağını görəcəyik. Amma aydındır ki, qarşıda Avropada yoxlama və tarazlıq sisteminə bu və ya digər şəkildə təsir edəcək və bizim üçün həyati əhəmiyyət kəsb edəcək çox mürəkkəb proseslər var".
Əli Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.