ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Tovuz rayonu Aşağı Öysüzlu kəndi ərazisində fərdi evdə yanğın hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, kənd sakini Mərdan Əsədova məxsus 220 kvadratmetr ikimərtəbəli fərdi yaşayış evinin 80 kvadratmetr ərazisini əhatə edən dam örtüyu və yanar konstruksiyaları, əşyaları ilə birlikdə yanıb.Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdə köməksiz vəziyyətdə qalan ahıl kişi təhlükəsiz əraziyə təxliyə edilib.Faktla bağlı araşdırma aparılır.





Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.