EN

İran parlamentinin sədri: “ABŞ danışıqlarda Tehranın etimadını qazana bilmədi”

“İran danışıqlar zamanı münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı təşəbbüslər irəli sürüb, lakin ABŞ tərəfi Tehranın etimadını qazana bilməyib”.

Oxu.Az xəbər verir ki, bunu İran nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

“Görüşdə İran nümayəndə heyətindən olan həmkarlarım perspektivli təşəbbüslər irəli sürdülər, lakin nəticədə digər tərəf danışıqların bu raundunda İran nümayəndə heyətinin etimadını qazana bilmədi”, – deyə o yazıb.

Chosen
32
editor.az

1Sources