Ağcabədidə toyda halı pisləşən 35 yaşlı kişi ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Hindarx qəsəbəsində yerləşən şadlıq sarayında baş verib. 1991-ci il təvəllüdlü rayon sakini Samir Nəcəfovun anidən halı pisləşib. Toyda iştirak edən doğmaları onu təcili xəstəxanaya çatdırmaq istəsə də, S.Nəcəfov yolda keçinib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov