EN

Toyda halı pisləşən 35 yaşlı kişi öldü

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağcabədi rayonunda şadlıq sarayında faciə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Vidadi oğlu Nəcəfov toy mərasimində iştirak edərkən qəfil halı pisləşib.

Mərasimdə olan yaxınları dərhal ona kömək göstərməyə çalışıb və təcili şəkildə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Lakin S. Nəcəfov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
8
qafqazinfo.az

9Sources