Qol.az saytına istinadən ain.az xəbər verir.
Mbappe məşqlərə qoşulmadı
"Real"ın hücumçusu Kilian Mbappe zədə səbəbindən komandanın məşqində iştirak etməyib.
QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, fransalı futbolçunun qaş nahiyəsində kəsik var. O, bu zədəni La Liqanın 31-ci turunda "Jirona" ilə matçın (1:1) son dəqiqələrində rəqibin cərimə meydançasında Vitor Reysin üzünə vurduğu zərbə nəticəsində alıb.
Qeyd edək ki, matçın baş hakimi həmin epizodda qayda pozuntusu qeydə almamış və "kral klubu"nun xeyrinə penalti təyin etməmişdi.
Xatırladaq ki, "Real" aprelin 15-də Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Bavariya"nı qəbul edəcək. İlk görüşdə Madrid təmsilçisi 1:2 hesabı ilə uduzub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.