İtaliyanın “Milan” klubunun mərkəz yarımmüdafiəçisi Adriyen Rabyo komanda yoldaşı Rafael Leao barədə fikirlərini bölüşüb və portuqaliyalı futbolçunun hazırkı forması ilə bağlı danışıb.
90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, Leao çalışmağa davam etməklə ən yaxşı formasına qayıdacaq:
“Bəlkə də indi onun üçün daha çətindir, amma biz ona inam verməliyik – həm biz, həm də azarkeşlər. O, “Milan” üçün həmişə vacib oyunçu olub və indi də belədir”
Qeyd edək ki, Rabyo daha əvvəl “Udineze” ilə oyunda (0:3) azarkeşlərin fitə basmasından sonra komanda yoldaşını dəstəkləmişdi.
Cari mövsümdə Rafael Leao bütün turnirlərdə 26 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.