Ağcabədi. Trend:
Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsiqeydə alınıb.
Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə Hindarx qəsəbəsində baş verib.Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlununməclis zamanı qəfil halı pisləşib.
O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasınaaparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.