EN

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail Müdafiə Qüvvələri (İDF) bütün qoşun növlərinin döyüş hazırlığının artırılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, İDF-in Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ və İran arasındakı danışıqların uğursuzluqla nəticələnməsindən sonra bütün bölmələrə yüksək döyüş hazırlığı rejiminə keçməyi əmr edib.

Məlumata görə, ordu yaxın vaxtlarda silahlı qarşıdurmanın yenidən başlanması ehtimalına qarşı tam hazır vəziyyətə gətirilib. Regionda gərginliyin artması fonunda verilən bu qərar, mümkün hərbi eskalasiyaya qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.

Musavat.com

Chosen
22
musavat.com

1Sources