EN

Tramp qəfəsdən tullanıb yanına gələn döyüşçüyə şok sözlər dedi

ABŞ-ın Mayami şəhərində keçirilən UFC 327 qeyri-adi döyüşdən sonrakı anları ilə manşetlərə çıxdı.

Turkustan.az xəbər verir ki, braziliyalı döyüşçü Paulo Kosta, matçı qazandıqdan sonra qəfəsdən tullanaraq ABŞ prezidenti Donald Trampı qarşılamağa getdi.

Görüntülərdə Kostanın qələbəsindən sonra birbaşa Trampın olduğu əraziyə gedib əl sıxdığı görünür. İkisi arasında qısa bir söhbət də olub.

Kostanın Trampa "Etdiyiniz iş üçün təşəkkür edirəm, bunu sizə deməliydim" dediyi eşidilib və Tramp buna diqqətəlayiq bir şəkildə cavab verib.

Tramp Kostaya dedi: "Sən döyüşçü olmaq üçün çox yaraşıqlısan, amma həqiqətən də yaxşı döyüşçüsən."

Sosial mediada sürətlə yayılan görüntülər qısa müddətdə böyük diqqət çəkdi və tədbirin ən çox müzakirə olunan anlarından birinə çevrildi.

Tramp

Aytən Yaşar/ Turkustan.az

Chosen
23
turkustan.az

1Sources