EN

Ən faydalı ət növü açıqlandı: Quzu düşünənlər yanılır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İllərdir alışdığımız dana, quzu və ya qoyun əti ilə bağlı bildiklərimizi bir kənara qoymağın vaxtı gəldi. Qidalanma ekspertləri maraqlı faktı üzə çıxarıblar. Məlum olub ki, həm az yağlı, həm də vitaminlərlə ən zəngin ət növü əslində keçi ətidir.Keçi ətinin digər qırmızı ətlərdən əsas fərqi tərkibindəki "pis" yağların çox az olmasıdır. Bu da o deməkdir ki, ürəyini qorumaq istəyənlər və xolesterin problemi olanlar üçün ən təhlükəsiz seçim elə budur. Üstəlik, bu ət növü bədəni enerji ilə təmin edən ən "təmiz" protein mənbələrindən biri hesab olunur.Ən yaxşı tərəfi isə odur ki, keçi əti mədədə ağırlıq yaratmır, həzmi çox rahatdır. Tərkibindəki minerallar, xüsusən də kalium bədənin su balansını tənzimləməyə kömək edir. Yəni, yedikdən sonra özünüzü həm tox, həm də yüngül hiss edirsiniz.Amma bir şərt var: bu əti gərək düzgün bişirəsiniz. Aşpazlar deyir ki, keçi ətini yüksək odda tələsik bişirmək onun bütün xeyrini öldürür. Ən yaxşısı odur ki, az odda, tələsmədən, uzun müddətə bişsin. Beləcə həm dadı yerində olar, həm də faydası itməz. Bir sözlə, sağlamlığınızın qeydinə qalırsınızsa, süfrənizdə keçi ətinə mütləq yer ayırın.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources