Bakı. Trend:
İslamabadda keçirilən danışıqlarda İran tərəfi irəliyə doğrutəşəbbüslər irəli sürsə də, ABŞ tərəfi bu tur müzakirələrdə İranheyətinin etimadını cəlb edə bilmədi.
Trend-inməlumatına görə, bunu İslamabadda keçirilən ABŞ və İran arasındamüzakirələrdə İran heyətinin rəhbəri və parlamenti sədri MəhəmmədBaqir Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ tərəfi İranın məntiq və prinsiplərinianlayıb və hazırda İranın etimadını cəlb edib-etməyəcəyi haqdaqərar qəbul edə bilər.
Qalibaf bildirib ki, İran hərbi mübarizə ilə yanaşıvətəndaşlarının hüquqlarının təmin olunması üçün diplomatiya gücünübaşqa bir metod hesab edir və 40 günlük müdafiəsi ilə əldə etdiyinailiyyətləri təsbit etmək üçün heç bir səyi əsirgəməyəcək.
“İran həmçinin bu müzakirələr prosesini sadələşdirdiyi üçün dostvə qardaş Pakistana təşəkkürünü bildirir”, - deyə o qeyd edib.
Parlament sədri 21 saatlıq sıx müzakirələr apardığına görə,müzakirə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.