EN

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 120 döyüş toqquşması baş verib. Aprelin 12-si səhər saatlarına olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Aprelin 11-i saat 16:00-dan (Bakı vaxtilə 17:00-red.) sonra, yəni “Pasxa atəşkəsi” qüvvəyə mindikdən günün sonuna olan məlumata görə, 1723 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 25 hücumu, 365 atəş açması, 566 dron hücumu (Lancet, Molniya) və 767 FPV dron hücumu qeydə alınıb.

Lakin raketlər, idarə olunan bombalar və ya “Şahed” tipli PUA-larla heç bir zərbə qeydə alınmayıb.

Chosen
11
7
redaktor.az

7Sources