EN

Vens: “İranlılar üçün pis xəbər var, razılaşa bilmədik”

“Bir sıra əsaslı müzakirələr aparmışıq. Bu, xoş xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, bu, ABŞ üçün pis xəbərdən daha çox İran üçün pis xəbərdir:

“Beləliklə, biz razılığa gəlmədən ABŞ-yə qayıdırıq. İranın şərtlərimizi qəbul etməyə hazır dyil. Düşünürəm ki, biz kifayət qədər ç güzəştə getdik”.

Vens bildirib ki, ABŞ-nin İranın nüvə silahı əldə etməyə çalışmayacağına dair zəmanət istəyir:

“Bu, ABŞ prezidentinin əsas məqsədidir və biz bu danışıqlar vasitəsilə buna nail olmağa çalışmışıq”.

Maraqlıdır ki, ABŞ tərfindən fərqli olaraq iran tərəfi müəyyən raızlaşma əldə edildiyini bildirib. Iran XİN bununla bağlı bəyanat yayıb.

“İran və ABŞ bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər, lakin iki və ya üç əsas məsələdə fikir ayrılıqları yaranıb”.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bakayi bildirib. 

Chosen
6
1
cebheinfo.az

2Sources