EN

Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey amerikalı professor açıqladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Vaşinqton artıq Ukraynaya silah tədarük etməkdən çəkinir”.

Globalinfo.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer deyib.

O bildirib ki, buna səbəb ABŞ-ın İrana hücumlarıdır.

“Ukraynaya döyüş meydanında qalib gəlməyə imkan verəcək bütün silah arsenalını təchiz edəcəyikmi? Məncə, cavab yoxdur. Ehtiyatlarımızı o qədər tükəndirmişik ki, etmək istədiyimiz son şey ukraynalılara qiymətli silahlar və hərbi texnika verməkdir”, – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, əgər Ukrayna münaqişədə uduzsa, ABŞ günahı tamamilə Avropanın üzərinə ata bilər.

Mirşmeyer həmçinin Rusiyanın genişmiqyaslı hücuma hazırlaşa biləcəyini irəli sürüb və Ukrayna Silahlı Qüvvələrinin çıxılmaz vəziyyətdə olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
globalinfo.az

1Sources