Keçmiş millət vəkili, mərhum Şadman Hüseynovun oğlu Şaiq Hüseynov vəfat edib.
Bu barədə mərhumun bibisi qızı Xuraman Bəhmənqızı bildirib.
"Şadman Hüseynin ortancıl oğlu Şaiq Hüseyn rəhmətə getdi", - deyə o bildirib.
Qeyd edək ki, Şaiq Hüseyn 12 aprel 2014-cü ildə dələduzluqda ittiham olunaraq həbs edilmişdi./Kontekst.az