Budapeşt, 12 aprel, AZƏRTAC
Bu gün Macarıstanda parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Macarıstan vətəndaşları bütün ölkə üzrə seçki məntəqələrinə axın etməyə başlayıblar.
Seçkilərdə əsas rəqabət iki siyasi partiya - hazırda iqtidarda olan FİDESZ və müxalif Tizsza arasında gedir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt