EN

"Atalanta"nı məğlub edən "Yuventus" A Seriyasının ilk dördlüyünə yüksəlib

"Yuventus" İtaliya A Seriyasının 32-ci turunun səfər matçında "Atalanta"nı minimal hesabla məğlub edib.

"Report" xəbər verir ki, Berqamodakı "Ceviss - Atleti Adzurri d`İtaliya" stadionunda keçirilən görüş turinlilərin 1:0 hesabılı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 48-ci dəqiqədə Jeremi Boqa vurub.

Hazırda "Atalanta" İtaliya çempionatının turnir cədvəlində yeddinci yeri tutur. Klubun aktivində 32 görüşdə toplanmış 53 xal var. "Yuventus" 60 xalla dördüncü pillədə qərarlaşıb.

Chosen
53
far.az

1Sources