EN

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: Bəlkə razılaşma olacaq, bəlkə də…

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişi ilə bağlı bir-birinin ardınca sərt və diqqətçəkən açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ lideri bildirib ki, hazırda tərəflər arasında çox ciddi müzakirələr gedir və İran nümayəndə heyəti saatlarla davam edən məsləhətləşmələr aparır. Onun sözlərinə görə, prosesin nəticəsi hələlik tam aydın deyil: “Onlar saatlarla müzakirə aparırlar. Gözləyək, görək nə olacaq. Bəlkə razılaşma olacaq, bəlkə yox”.

Tramp eyni zamanda vurğulayıb ki, nəticədən asılı olmayaraq ABŞ bu prosesdə qalib tərəfdir: “Biz çox ciddi danışıqlar aparırıq. Nə baş versə versin, biz qalib gələcəyik”.

ABŞ Prezidenti daha da irəli gedərək İranla bağlı sərt iddia səsləndirib və Vaşinqtonun üstün mövqedə olduğunu bəyan edib: “Biz hər halda qalibik. Bu ölkəni tamamilə darmadağın etdik”.

Bununla yanaşı, Tramp mümkün beynəlxalq müdaxilələrə də toxunub. O, xüsusilə Çinin İrana silah dəstəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib: “Əgər Çin buna gedərsə, Çinin böyük problemləri olacaq”./Musavat.com/

Chosen
16
1
nocomment.az

2Sources