DİN-in mətbuat xidmətindən Ajans.az-a bu barədə məlumat verilib. Bildirilib ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 min 50 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib. Araşdırmalar davam etdirilir.