Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Hərbi Hava Bazası ərazisində yerləşib.
Publika.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bugünkü bəyanatında əks olunub.
Bu addım iki ölkə arasında imzalanmış strateji müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib.
Bildirilib ki, Pakistan kontingenti Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrindən ibarətdir. Dislokasiyanın məqsədi birgə hərbi koordinasiyanı gücləndirmək, silahlı qüvvələr arasında operativ hazırlıq səviyyəsini artırmaq, həmçinin regional, beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyə töhfə verməkdir.