Milli məclisin keçmiş deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri Şadman Hüseynin ortancıl oğlu Şaiq Hüseynov vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün qəfil ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Şaiq Hüseyn 12 aprel 2014-cü ildə 10 il müddərində azadlıqdan məhrum edilib. Ş.Hüseynov dələduzluqda ittiham olunub.
Xatırladaq ki, Şaiq Hüseynin atası Şadman Hüseyn də qəfil ürək tutmasından vəfat etmişdi.
1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə seçilən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq, 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.
Telegram kanalımız