EN

İmişlidə yanğın baş verən evdə meyit aşkarlanıb

İmişli rayonunda yanğın baş verən evdə kişi meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 12 radələrində İmişli rayonu Qaralar kəndində qeydə alınıb.

Sözügedən kənd sakini Akif Abışova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi Abışov Akif Mədət oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Akif Abışov yanğın baş verən zaman evdə tək olub və onun yataq xəstəsi olduğu bildirilir.

Chosen
16
1
yeniazerbaycan.com

2Sources