EN

Pakistanın hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qahirə, 11 aprel, AZƏRTAC

Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Hərbi Hava Bazası ərazisində yerləşib.

AZƏRTAC xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bugünkü bəyanatında əks olunub.

Bu addım iki ölkə arasında imzalanmış strateji müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib.

Bildirilib ki, Pakistan kontingenti Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrindən ibarətdir. Dislokasiyanın məqsədi birgə hərbi koordinasiyanı gücləndirmək, silahlı qüvvələr arasında operativ hazırlıq səviyyəsini artırmaq, həmçinin regional, beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyə töhfə verməkdir.

Xatırladaq ki, Riyad şəhərində 2025-ci il sentyabrın 17-də Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd bin Salman və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən imzalanan strateji saziş müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflərdən birinə qarşı hər hansı xarici silahlı hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir.

Birgə bəyanatda qeyd olunub ki, saziş müdafiə sahəsində əməkdaşlığın inkişafını, qarşılıqlı çəkindirmə imkanlarının gücləndirilməsini nəzərdə tutur və hər iki ölkənin təhlükəsizliyinin təmininə xidmət edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
6
azertag.az

8Sources