EN

Ağdamda FACİƏ

Ajans.az xəbər verir ki, işğaldan azad edilmiş ərazidə aparılan tikinti işləri zamanı 1990-cı il təvəllüdlü Babayev İlkin Mahir oğlu həyatını itirib. Belə ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, ölüm istehsalat zamanı baş verən bədbəxt hadisə nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma başlanılıb. Müvafiq qurumlar hadisənin səbəblərini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.

Chosen
23
3
Ajans.az

8Sources