EN

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

Qeyd edək ki, danışıqların ilk raundu Pakistanın vasitəçiliyi ilə aparılıb.

Xatırladaq ki, ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

İran nümayəndə heyətində isə Mərkəzi Bankın rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi təmsil olunur.

Bizim.Media

Chosen
1
1
bizim.media

3Sources