EN

Vaşinqton və Tehran arasında birbaşa təmaslar BAŞLADI

İslamabadda keçirilən danışıqlar rəsmi şəxslərin görüşləri formatında baş tutur.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyinin jurnalisti İdris Ali özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Jurnalistin paylaşdığı məlumata görə, pakistanlı mənbə "Reuters"ə bildirib ki, üçtərəfli danışıqlar ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və Donald Trampın kürəkəni Cared Kuşnerin iştirakı ilə baş tutub. İrandan isə görüşə parlamentin spikeri Məhəmməd-Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi qatılıb. Görüşdə həmçinin Pakistan ordusunun komandanı da iştirak edib.

Hazırda tərəflər arasında müzakirə olunan məsələlərin detalları dünya mediasının diqqət mərkəzindədir.

Musavat.com

Chosen
30
11
musavat.com

10Sources