Tərtərdə su kanalında batan 7 yaşlı uşaq nəşi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 13:40 Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub. 1news.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib. Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub. A.Mustafazadənin meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.