EN

Rusiya-Ukrayna cəbhəsində atəşkəs başlayıb

Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, atəşkəs 11 aprel Moskva vaxtı ilə saat 16:00-dan 12 aprel günün sonuna qədər davam edəcək.

Qeyd edək ki, aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar olaraq 11 aprel saat 16:00-dan 12 aprel günün sonunadək hərbi atəşkəs elan edib.

O, Rusiya müdafiə naziri Andrey Belousov və Rusiya ordusunun Baş Qərargah rəisi - Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmağı tapşırıb.

Chosen
5
7
apa.az

10Sources